Şagird Təhlükəsizliyi Nəzarət Altında

    Məktəbimizdə şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə nəzarət tədbirləri həyata keçirildi. Tədbir çərçivəsində şagirdlərin çantaları, məktəb formaları və məktəb qaydalarına uyğunluğu yoxlanıldı. Yoxlamalar zamanı şagirdlərin çantalarına artıq və təhlükəsizliyə zidd əşyaların gətirilməməsi xüsusi diqqətdə saxlanıldı. Eyni zamanda, məktəbli formalarına riayət edilməsi və nizam-intizam qaydalarına uyğunluq yoxlanıldı. Şagirdlərə təhlükəsizlik qaydaları ilə bağlı məlumat verildi və məktəb daxilində nizam-intizamın qorunmasının vacibliyi vurğulandı. Bu yoxlamaların əsas məqsədi şagirdlərin təhlükəsiz və qaydalara uyğun mühitdə təhsil almalarını təmin etməkdir. Tədbirlər mütəmadi olaraq davam etdiriləcək və təhlükəsizlik məsələləri daim nəzarətdə saxlanacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi