İkinci yarımil üzrə monitorinqlər davam edir

Məktəbimizdə ikinci yarımil üzrə monitorinqlər davam edir. Bu gün II sinif şagirdləri arasında “Oxuyub Anlama” bacarıqlarının qiymətləndirilməsi məqsədilə monitorinq keçirildi.
Şagirdlərə təqdim olunan mətn əsasında onların oxu sürəti, məzmunu anlama və suallara cavab vermə bacarıqları yoxlanıldı. Monitorinqin nəticələri şagirdlərin inkişaf səviyyəsini müəyyən etmək və onların daha effektiv şəkildə oxu vərdişlərini formalaşdırmaq məqsədilə istifadə olunacaq.