İMTAHAN STRESSİNİN ÖLÇÜLMƏSİ

Bu gün məktəbimizin psixoloqu Bayramova Tükəzban 11-ci sinif şagirdləri ilə “İmtahan Stressinin Ölçülməsi” mövzusunda təlim keçirdi. Görüş zamanı şagirdlərə imtahan öncəsi yaranan stressin səbəbləri, onun təsirləri və stressin idarə olunması yolları haqqında ətraflı məlumat verildi.
Psixoloq xüsusi test və metodikalar vasitəsilə şagirdlərin imtahan stressi səviyyəsini müəyyən etdi və stressin azaldılması üçün faydalı məsləhətlər verdi. Görüş zamanı şagirdlər öz narahatlıqları haqqında danışaraq suallarını ünvanladılar. Tədbir şagirdlərin imtahanlara daha rahat və hazırlıqlı yanaşmalarına kömək etmək məqsədilə təşkil olunmuşdur.