Avtomatın natamam sökülüb-yığılması

    Bu gün məktəbimizin 10-cu sinif şagirdləri üçün Gənclərin Çağırışaqədərki Hərbi Hazırlığı (GÇH) fənni çərçivəsində maarifləndirici və praktiki dərs keçirildi. Hərbi rəhbər Qafqaz Zeynalovun rəhbərliyi ilə təşkil olunan bu dərsdə şagirdlərə avtomat silahının quruluşu, sökülüb-yığılması qaydaları, həmçinin mina və əl qumbaralarının təhlükəsizliyi barədə ətraflı məlumat verildi. Dərsin nəzəri hissəsində şagirdlərə müxtəlif silah növləri, onların istifadəsi və təhlükəsizlik qaydaları izah edildi. Xüsusilə, mina və əl qumbaralarının quruluşu, onların təhlükəsizlik qaydalarına uyğun olaraq necə zərərsizləşdirilməsi barədə ətraflı məlumat verildi.

    Təcrübə hissəsində isə şagirdlər avtomatı praktiki olaraq natamam söküb-yığmağı öyrəndilər. Onlar silahın hər bir detalı ilə yaxından tanış oldular və silahın düzgün şəkildə işlək vəziyyətə gətirilməsi bacarıqlarını tətbiq etdilər. Təlim prosesi şagirdlərin hərbi biliklərinin artırılması, onların diqqət və çeviklik qabiliyyətlərinin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdi.

    Şagirdlər dərs prosesinə böyük maraq göstərdilər və bu cür praktiki məşğələlərin onların gələcək hərbi hazırlığı üçün vacib olduğunu qeyd etdilər. Bu cür tədbirlər şagirdlərə vətənpərvərlik ruhu aşılamaq və onların hərbi bilik və bacarıqlarını artırmaq məqsədilə mütəmadi olaraq keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi