Pedaqoji şura iclası

31 yanvar 2025-ci il tarixində növbəti pedaqoji şura iclası keçirilmişdir. Məktəbin direktoru Nəriman Məmmədzadə, ilk öncə pedaqoji şura iclasının gündəlik məsələlərini təqdim etmişdir. Gündəlikdə aşağıdakı məsələlər müzakirə olunmuşdur:
- I yarımilin yekunları və qarşıda duran məsələlər.
- Məktəblilərin fənn olimpiadalarının ilk turunun nəticələri.
- IV və IX siniflərdə ana dili, riyaziyyat və xarici dil fənlərindən monitorinq nəticələri.
- III-IV siniflərdə ana dili üzrə şagirdlərin oxu texnikasının yoxlanması və onların oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi.
- Kiçik Akademiyanın hesabatı.
- Zəfər tarixi və STEAM dərslərinin tədris vəziyyəti.
- Məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkili və keçirilməsi.
- Cari məsələlər.
Nəriman Məmmədzadə çıxış edərək qeyd etmişdir ki, 2025-ci il Cənab Prezidentin sərəncamı ilə "Konstitusiya və Suverenlik İli" elan edilmişdir və bu sahədə müvafiq addımların atılması vacibdir. O, fəaliyyət planının müvafiq bəndlərinə uyğun olaraq tapşırıqların icrası haqqında məlumat vermişdir. Həmçinin, 1-ci yarımil üzrə qiymətləndirmə nəticələri və şagirdlərin tədris keyfiyyəti barədə kollektivə ətraflı məlumat təqdim etmişdir. Eyni zamanda, elektron jurnal və rəqəmsal məktəb layihələri barədə məlumatlandırılmışdır. Respublika fənn olimpiadalarının yarımfinal turuna vəsiqə qazanan şagirdlər də kollektivə təqdim olunmuşdur.
Daha sonra, təlim-tərbiyə işləri üzrə direktor müavini Zəhra Əkbərova IV və IX siniflərdə ana dili, riyaziyyat və xarici dil fənlərindən aparılmış monitorinq nəticələri, həmçinin III-IV siniflərdə ana dili üzrə şagirdlərin oxu texnikasının yoxlanması və oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi barədə məlumat vermişdir. İlahə Quliyeva isə məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkili, sinif rəhbərlərinin fəaliyyəti və məktəbdə şagird təhlükəsizliyi məsələləri barədə kollektivə məlumat təqdim etmişdir.
Sonda, 1-ci yarımil ərzində öz əmək funksiyalarını düzgün və qüsursuz icra edən müəllimlər təltif edilmişdir.