STEAM aylığı keçirildi

    STEAM aylığı çərçivəsində məktəbdə STEAM tədris olunan siniflərin şagirdlərinin hazırladığı əl işlərindən ibarət sərgi təşkil olundu. Sərgidə müxtəlif əl işləri, Tinkercad proqramında hazırlanan maketlər nümayiş olundu. Sərginin keçirilməsində məqsəd şagirdlərin fənnə marağını artırmaq, kreativ , yaradıcı şagirdləri üzə çıxarmaq idi. Sərgi şagird və müəllimlər təfərindən maraqla qarşılandı. Həmçinin STEAM aylığı çərçivəsində (müəllim Rəcəbova Könül) VIII sinif şagirdləri arasında “Mən sahibkaram” adlı e-quiz oyunu keçirildi. Yarış Sirli qonaq, Əyləncə biznesi, Qida zənciri  adlı üç bölmələrdən ibarət idi. Komandaların istənilən bölmənin sualını cavablandırmaq hüququ var idi. Dörd komanda arasında güclü rəqabət oldu. Sonda VIII a sinfinin “Yaradıcılar” komandası qalib gəldi. İştirak edən komandalar sertifikatla, qalib komanda isə diplom və xüsusi kuponla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi