Rəqəmsal bacarıqların inkişafı-KSQ
Bu gün məktəbimizdə II siniflərdə “Rəqəmsal Bacarıqların İnkişafı” proqramı çərçivəsində KSQ (Kiçik Summativ Qiymətləndirmə) testi keçirildi. Şagirdlər kompüterlərdə onlayn formada test suallarını cavablandıraraq öz rəqəmsal bilik və bacarıqlarını nümayiş etdirdilər. Qiymətləndirmə zamanı texnologiyadan səmərəli istifadə, sürətli düşünmə və problemlərin həllinə yaradıcı yanaşma qabiliyyətləri qiymətləndirildi. Bu testlər şagirdlərin texnoloji hazırlıq səviyyəsinin artırılmasına mühüm töhfə verir.