"Təhlükəsizliyin Təminatı Üçün Yanvar Ayı Tədbirləri"

    Yanvar ayında məktəbimizdə növbəti təhlükəsizlik tədbirləri həyata keçirildi. Tədbir çərçivəsində şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə onların çantaları yoxlanıldı. Yoxlama zamanı qaydalara uyğun olmayan və artıq əşyalar götürüldü. Bu tədbir məktəb daxilində təhlükəsiz mühitin qorunması və nizam-intizamın təmin olunması məqsədini daşıyır. Şagirdlərə və valideynlərə təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi bir daha xatırladıldı. Həmçinin Uşaq birliyi rəhbəri Aygün Pənahova şagirdlərə təhlükəsizlik qaydaları haqqında videoçarx izlətdi və ətraflı məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi