IV siniflərdə monitorinq

    C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəb rəhbərliyi tərəfindən 4-cü sinif şagirdləri arasında Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi. Monitorinqin əsas məqsədi şagirdlərin mövcud bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək, onların fənlər üzrə hazırlıq səviyyəsini müəyyən etmək və inkişaf sahələrini dəqiqləşdirmək idi.
Monitorinq zamanı şagirdlər üçün xüsusi olaraq hazırlanmış tapşırıqlar təqdim olundu. Bu tapşırıqlar onların məntiqi budüşünmə qabiliyyətini, qavrama bacarıqlarını və tədris proqramına uyğun biliklərini əhatə edirdi.
Monitorinq nəticələrinin təhlili əsasında:

-Şagirdlərin bilik səviyyəsi qiymətləndiriləcək

-Mövcud çatışmazlıqlar müəyyən ediləcək və onların aradan qaldırılması üçün fərdi yanaşmalar tətbiq ediləcək

-Təhsil prosesində daha effektiv metod və vasitələrin tətbiqi istiqamətində müvafiq tədbirlər görüləcəkdir.

Bu cür monitorinqlər, şagirdlərin təhsil keyfiyyətinin artırılması və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində mühüm rol oynayır. Məktəb rəhbərliyi olaraq, hər bir şagirdin potensialını üzə çıxarmaq üçün ardıcıl olaraq bu kimi qiymətləndirmələri davam etdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi