“Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika Uşaq yaradıcılıq müsabiqəsində uğurumuz

    2024-ci ilin oktyabr-dekabr aylarinda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə məktəblilər arasında "Fövqəladə hallar uşaqların gözü ilə” XII
Respublika Uşaq yaradıcılıq müsabiqəsi keçirmişdir.
Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ümumilikdə ictimaiyyətin diqqətinin məktəblilər arasinda fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstəkdir.
Məktəblilər təqdim etdikləri işlərdə həyatımızın aktual problemi olan fövqəladə halları göstərməklə yanaşı, xilasedici və yanginsöndürənlərin fədakarlıq və peşəkarlığını da təsvir etmişlər.
18 dekabr tarixində müsabiqənin qiymətləndirməsi keçirilmişdir. Belə ki,
müsabiqəyə "Rəsm", nominasiyası üzrə “Yanğınsöndürənlər” əsəri ilə qatılan istedadlı şagirdimiz Darışova Səbinə lll yerə layiq görülərək, cənab nazirlər- Emin Əmrullayev və Kəmaləddin Heydərovun şəxsi imzalı Fəxri Fərmanları ilə təltif olunmuşdur. Eləcə də qaliblərin əl işlərindən ibatət kataloq dərc edilmiş, dəyərli mükafatlar təqdim edilmişdir. Gənc rəssamımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi