“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi“
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsi keçirilir. Bununla əlaqədar sinifdənxaric, məktəbdənkənar işlər üzrə təşkilatçı İlahə Quliyeva və tarix müəllimi Əhəd Rzayev X sinif şagirdləri ilə təqdimat keçirdi. Naxçıvanın zəngin tarixinə, mədəni irsinə və tarixi abidələrinə həsr olunmuş söhbətlər aparıldı, videoçarxlar nümayiş olundu.