"Təhlükəsiz informasiya axtarışı" mövzusunda görüş keçirdi
04.11.2024-cü il tarixində məktəbin psixoloqu Bayramova Tükəzban 9-cu siniflərlə Reproduktiv sağlamlığa dair metodik vəsaitə əsasən "Təhlükəsiz informasiya axtarışı" mövzusunda görüş keçirdi. Görüş qarşılıqlı diskussiya əsasında keçdi. Təlimata əsasən "kor və bələdçi" rollu oyun quruldu. Etibarlı informasiya mənbəyi anlayışını oyun vasitəsilə şərh etdilər. Onları maraqlandıran suallar psixoloq tərəfindən cavablandırıldı. Şagirdlər sosial şəbəkələrlə bağlı qarşılaşdıqları çətinliklərdən danışdılar. Hansı istiqamətdə yönləndirilməsi üçün mövzunun onlara həqiqətən faydalı olduğunu bildirdilər.