“Dərsin planlanması” mövzusunda təlim
18-23 noyabr tarixlərində 108 nömrəli məktəbin müəllimləri üçün Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) təşkil etdiyi “Dərsin planlanması” mövzusunda 6 gün davam edən təlim uğurla başa çatdı.
Təlim məktəbin metodisti Dəmirova Gülnarə tərəfindən keçirildi. Təlimdə iştirak edən müəllimlər dərslərin məqsədyönlü və sistemli şəkildə planlanması, şagirdlərə daha keyfiyyətli tədrisin təqdim olunması və müasir təlim metodlarının tətbiqi haqqında dəyərli biliklər əldə etdilər.
Təlim müddətində müəllimlər nəzəri biliklərlə yanaşı, praktik tapşırıqlarla dərsin effektivliyini artırmaq yollarını da öyrəndilər. Əməkdaşlıq və müzakirə mühitində keçən sessiyalar müəllimlər arasında peşəkar bacarıqların inkişafına və təcrübə mübadiləsinə şərait yaratdı.