Pedaqoji Şuranın iclası keçirildi

23.11.2024-cü il tarixində məktəbin Fəaliyyət Planına əsasən Pedoqoji şuranın iclası keçirildi. İclası məktəbin direktoru Nəriman Məmmədzadə açıq elan etdi. İlk olaraq məktəbin pedoqoji heyəti gündəlikdə duran məsələlərlə tanış oldular. Öz təklif və iradlarını bildirdilər. İclasda
1. Ana dili ,riyaziyyat və xarici dil fənlərindən aparılmış diaqnostik və KSQ 1 nəticələri haqqında
2. “Təhsilverənlərin etik davranış qaydaları” haqqında
3. Şagirdlərin dərsə davamiyyəti barədə
4. Məktəbdə təhlükəsizliyin təmin edilməsi barədə
5. Psixoloji, hissi-emosional vəziyyətinə görə, risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi, onların hər biri üçün fərdi pedaqoji-psixoloji bərpa planının hazırlanıb valideynlərin iştirakı ilə həyata keçirilməsi
6. Gündəlik cari məsələlər müzakirə olundu.
Sonda məktəbin ingilis dili müəllimi İradə İsmayılova 60 illik yubileyi münasibəti ilə təbrik edildi.