"Uşaq hüquqları aylığı" çərçivəsində təqdimat
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olan məktuba əsasən, 2024-cü ildə də ölkəmizin qoşulduğu BMT-in Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" çərçivəsində məktəbin ibtidai sinif müəllimi Fidan Qasımova 3b sinif şagirdləri ilə təqdimat hazırladı. Uşaqların hüquqları və vəzifələri, həmin hüquqların müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verildi. Şagirdlər uşaq hüquqları ilə tanış oldular və bu mövzuda tapşırıqlar işlədilər.