8 Noyabr Zəfər günü münasibətilə tədbir
8 Noyabr Zəfər günü münasibətilə məktəbin ibtidai sinif müəllimi Zəhra Qasımovanın rəhbərliyi ilə 1b sinif şagirdləri və Coğrafiya müəllimi Günay Əliyevanın rəhbərliyi ilə 7c sinif şagirdləri tədbir keçirdilər. Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra məktəblilərin ifasında Vətən müharibəsi və qələbə mövzusunda şeirlər, mahnılar səsləndi, maraqlı səhnəciklər nümayiş olundu. Tədbirin sonunda məktəbin direktoru Nəriman Məmmədzadə və məktəbdənkənar , sinifdənxaric işlər üzrə təşkilatçı ilahə Quliyeva çıxış edərək şagirdlərə hazırladıqları tədbirə görə təşəkkürünü bildirdi və Zəfər günü münasibətilə təbriklərini dilə gətirdi. Onlar bildirdilər ki, bu gün Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra da qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq!