"Uşaq hüquqları aylığı" çərçivəsində təşkilat saatı

   Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olan məktuba əsasən, 2024-cü ildə də ölkəmizin qoşulduğu BMT-in Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" çərçivəsində məktəbin məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçısı llahə Quliyeva və Azərbaycan dili və ədəbiyyat müəllimi Natəvan Əliyeva 8 ç sinfində təşkilat saatı keçirdi. Təşkilat saatında məlumatlandırıcı söhbətlər apararaq videoçarx nümayiş etdilər. Onlar qeyd etdilər ki, həyata keçirilən “Uşaq hüquqları aylığı” uşaq hüquqlarının qorunmasını, uşaqlara diqqətin artırılmasına və uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə yönəldilən bir tədbirdir. Uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi