"Uşaq hüquqları aylığı" çərçivəsində şagirdlərlə təlimatlandırıcı söhbətlər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olan məktuba əsasən, 2024-cü ildə də ölkəmizin qoşulduğu BMT-in Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" çərçivəsində məktəbin məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçısı llahə Quliyeva və Ubtr Aygün Pənahova tərəfindən ibtidai siniflərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumatlandırıcı, təlimatlandırıcı söhbətlər aparıldı və videoçarxlar nümayiş olundu. Şagirdlər də həmçinin öz hüquqları barədə məlumat verdilər.