BilBacar müsabiqəsinin "Yarış" mərhələsi
29 oktyabr tarixindən etibarən BilBacar müsabiqəsinin "Yarış" mərhələsi başlayır. Bu müsabiqənin təşkilində məqsəd şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə məktəbdə qazandıqları bilik və bacarıqları praktik vəziyyətlərdə tətbiqetmə qabiliyyətlərini qiymətləndirməkdir. Müsabiqədə məktəbin 9-10 cu sinif şagirdləri həvəslə iştirak etdilər.
Qeyd edək ki, “Yarış” bölməsi ayda bir dəfə aktivləşməklə 8 seansdan (imtahandan) ibarətdir. "Yarış" bölməsinin hər bir seansı məktəbdə BilBacar koordinatorunun müşaiyəti ilə keçirilir. Şagirdlər 7 noyabradək daxil olub yarışa bilərlər.
Hər ay “Yarış” bitdikdən sonra öz nəticənizi respublika üzrə, regional təhsil idarəsi üzrə, məktəb üzrə və eyni zamanda liqalar üzrə görə bilərsiniz.