Heydər Əliyev Mərkəzinə ekskursiyası

    Elm və Təhsil Nazirliyi, MÜTDA və Heydər Əliyev adına Mərkəz ilə bağlanmış müştərək müqaviləsinə əsasən Bakı məktəblilərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir. Məktəbin sinifdənxaric və məktəbdənkənar işləri üzrə təşkilatçısı İlahə Quliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Əliyevanın rəhbərliyi ilə VI və VII sinif şagirdlərinin mərkəzə ekskursiyası təşkil edildi. Ekskursiya zamanı şagirdlər mərkəzin əməkdaşları tərəfindən dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumatlar əldə etdi, muzeydən eksponatlarla tanış oldu, milli-mənəvi dəyərlərimizi əks etdirən Azərbaycan milli geyimləri, xalçaları, musiqi alətləri ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi