Ekoloji problem mövzusunda III siniflərdə maarifləndirici söhbət
Məktəbin Sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçısı Quliyeva İlahə "Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində tədbirlər planına, "Ekologiya aylığı" na uyğun tədbirlər planına əsasən " Ekologiya nədir?Ekoloji problem" mövzusunda III siniflərdə maarifləndirici söhbət apardı. Ekologiyanın qorunması, ekoloji problemlərin aradan qaldırılmasına həsr edilən videoçarxlar nümayiş etdirdi. Şagirdlər sual cavabda aktiv iştirak etdi.