"Tullantıdan incəsənətə" mövzusunda dərs
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbin Texnologiya və Steam müəllimi Rəcəbova Könül 8 a sinfində "Tullantıdan incəsənətə" mövzusunda dərs keçdi. Dərsin keçirilməsində əsas məqsəd şagirdləri israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Şagirdlər kağız, plastik kütlə və müxtəlif məişət tullantılarından istifadə etməklə tovuzquşu hazırlayıb təqdim etdilər.