“Ekoloji tarazlığın mühafizəsi və bərpası” mövzusunda tədqiqat

  “Yaşıl dünya naminə həmrəylik ili" , "Ekologiya aylığı" və "COP 29" tədbirlər planına əsasən Coğrafiya müəllimi Şəlalə Məmmədzadənin rəhbərliyi ilə 8c sinif şagirdləri “Həyat bilgisi” dərsində “Ekoloji tarazlığın mühafizəsi və bərpası” mövzusunda hazırladıqları tədqiqat layihəsini təqdim etdilər. Layihə çərçivəsində məktəblilər aşağıdakı mövzuları araşdırdılar:

1) Zibil qalıqlarının azaldılması;

2) Yaşıllaşdırma;

3) Su hövzələrinin təmizliyinin qorunması;

4) Havanın çirklənməsinin qarşısının alınması;

5) Yaşadığınız ərazilərin təmizliyi;

6) Şəhəri zəhərli qazlardan qorumaq üçün ictimai nəqliyyat vasitələrinin istifadəsində mümkün dəyişikliklər. 

Şagirdlər araşdırdıqları mövzu üzrə plakatlar hazırlamışdılar.

Dərsdə mövzu ilə bağlı Ağayeva Simanın hazırladığı “Yaşıllıqların artırılması” videoçarxına baxış keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi