Beynəlxalq Kitab Sərgisi keçirildi
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilən X Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi. Sərgidə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Natəvan Əliyeva və X sinif şagirdləri iştirak etdilər. Sərgi çərçivəsində naşirlərin çeşidli çap məhsulları təqdim olundu, şair və yazıçılarla, alimlərlə, səfirlərlə görüşlər keçirildi, bədii proqramlar göstərildi. Sərgidə azərbaycanlı müəlliflərlə yanaşı, qonaq yazıçılar da oxuculara yaradıcılıq hesabatı verərək yeni əsərlərini avtoqrafla ədəbiyyatsevərlərə bağışlayırdılar.