Məktəbəhazırlıq qruplarında tədris prosesi başladı

Oktyabrın 1-dən 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.
Bakı şəhər 108 nömrəli tam orta məktəb üzrə 104 uşaq məktəbəhazırlıq qrupların qəbul edilib və 4 məktəbəhazırlıq qrupu komplektləşdirilmişdir.
Qeyd edək ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və birinci sinfə adaptasiyasını təmin edir.
Uşaqların məktəbəhazırlıq qruplarına ən azı 1 il getməsi məhz bu məqsədə çatmaq üçün zəruri addımlardan biridir.
Məktəbəhazırlıq qruplarında təhsil alacaq bütün uşaqlara uğurlar arzulayırıq!