“27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirildi
“27 sentyabr Anım Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən məktəbdə Anım Günü ilə əlaqədar olaraq tədbir keçirildi. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra məktəb şagirdləri 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinə hazırladıqları kompozisiya ilə çıxış etdilər. Məktəbin direktoru Nəriman Məmmədzadə və tarix müəllmi Aynur Abbasova çıxış edərək vurğuladılar ki, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdi.