Şəhidlər Xiyabanına ziyarət təşkil olundu

   Şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından dörd il ötür. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən savaşında rəşadətli Azərbaycan Ordusu, ürəyində torpaq, millət sevgisi olan igid oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, mənfur düşməni əzəli torpaqlarımızdan birdəfəlik qovublar. Məktəb rəhbərliyi, kollektivi və şagirdlər bu gün ilə əlaqədar qəsəbədə yerləşən Şəhidlər Xiyabanını ziyarət etdilər. Şəhidlərin məzarlarına gül dəstələri qoyuldu və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi