Yaşıl dünya naminə həmrəylik ili" İlə əlaqədar tədbir
“Yaşıl dünya naminə həmrəylik ili" İlə əlaqədar məktəbin foyesində şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşması, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanması, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsi, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdırmaq məqsədilə coğrafiya müəllimi Şəlalə Məmmədzadə tədbir hazırladı. Məktəbin 10 c sinif şagirdi Şükürzadə Hüsniyyənin hazırladığı video təqdimat nümayiş olundu.