İlk dərs günü “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olundu

16 sentyabr 2024-cü il VIII a sinfində ilk dərs “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olundu. Dərsin keçirilməsində məqsəd atmosfer çirklənməsi ilə iqlim dəyişikliyi arasındakı əlaqəni, iqlim dəyişikliyinə antropogen təsirləri, iqlim Dəyişikliyi Konfransının mahiyyətini müəyyən etmək, dayanıqlı həyat tərzini əks etdirən şəxsi plan hazırlamaq oldu. Müəllim Rəcəbova Könül şagirdlərə atmosfer nədir sualı ilə müraciət etdi. Şagirdlərin cavabları dinlənildikdən sonra müəllim atmosfer haqqında şagirdlərə məlumat verdi. Şagirdlər cütlərə ayrılıb T-cədvəldə atmosferi çirkləndirən təbii və antropogen mənbələri araşdırdılar. Gəldiklləri nəticəni müəllimin hazırladığı cədvəl ilə müqayisə etdilər. Dərsin növbəti mərhələsində müəllim atmosferin çirklənməsinin fəsadları barədə söhbət apardı. Daha sonra müəllim COP tədbirlərinin tarixçəsi və əhəmiyyəti barədə məlumat verdi. Şagirdlər dayanıqlı həyat tərzini əks etdirən şəxsi plan hazırladılar. Şagirdlərə evdə “Ekoloji iz (Karbon izi)” onlayn kalkulyatorundan istifadə edib, şəxsi ekoloji izlərini hesablamaq tapşırıldı.