2023-2024 cü tədris ilinin yekun pedaqoji şura iclası keçirildi
25.06.2024 cü il tarixində pedaqoji heyətin iştirakı ilə 2023-2024 cü tədris ilinin yekun pedaqoji şura iclası keçirildi. Məktəb rəhbərliyi tərəfindən pedaqoji heyətlə 2023-2024 cü tədris ilinin yekunları, tədris inzibati heyətin illik hesabatı, 1-8 və 10 cu sinif şagirdlərinin sinifdən sinfə keçməsi barədə, yay tapşırığı, sinifdə qalan və biliyi qiymətləndirilməyən şagirdlər barədə, IX və XI sinif şagirdlərinə adi və fərqlənmə attestatlarının verilməsi barədə,müəllimlərin növbəti dərs ili üzrə təxmini dərs bölgüsü, və cari məsələlər barədə müzakirələr olundu. İclasın sonunda məktəbin direktoru Nəriman Məmmədzadə və təlim-tərbiyə işləri üzrə direktor müavini Zəhra Əkbərova "Təhsilverənlərin sertifikatlaşdırılması" prosesinin test mərhələsində iştirak edərək uğurlu nəticələr əldə edən müəllimlərə "Tərifnamələr" təqdim etdilər.