2023-2024 cü ilin "Son zəng" tədbiri keçirildi

  2023-2024 cü tədris ilinin 14 iyun tarixində məktəbimizdə ənənəvi olaraq “Son zəng” tədbiri keçirildi. Bu il 48 nəfər şagird məzun adını qazandı. Məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başladı.Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə anıldı. XI sinif məzunları öz maraqlı və məzmunlu çıxışlarında Vətənə, müəllimlərə, məktəbə olan hörmət və sevgilərini ifadə etdilər. Onların hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılandı. I sinif şagirdləri çıxışları ilə tədbirə rəng qatdılar. Məzunları təbrik edən məktəbin direktoru Nəriman Məmmədzadə müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə çıxış edən qonaqlar məzunlara bundan sonrakı həyatlarında müvəffəqiyyətlər arzuladılar. Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalındı və səmaya sülh göyərçinləri uçuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi