II yarımil üzrə Böyük Summativ Qiymətləndirmə başa çatdı
Məktəbdə 2023-2024-cü tədris ilinin II yarımili üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) başa çatıb. BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
Qeyd edək ki, BSQ-nin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur, şagirdin yarım illik və illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.