" Oxuyub - anlama " monitorinqinin mükafatlandırılması
Məktəbin direktoru Nəriman Məmmədzadə və təlim-tərbiyə işləri üzrə direktor müavini Zəhra Əkbərova tərəfindən II, III, IV siniflərdə keçirilən " Oxuyub - anlama " monitorinqinin mükafatlandırılması keçirildi. Monitorinqin nəticələrinə əsasən seçilən şagirdlər TƏLTİFNAMƏlər və hədiyyələrlə mükafatlandırıldılar. Siniflər üzrə oxuyub-anlama nəticələri təhlil olundu və müsbət nəticələr göstərən şagirdlər üzərində çəkdikləri əməyə görə ibtidai sinif müəllimləri təqdir olundu.
Monitorinqin keçirilməsində məqsəd müəllimləri və şagirdləri daha da həvəsləndirmək, aralarında sağlam rəqabət yaratmaq idi.