Məktəbdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi

  1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir təşkil edildi. Tədbirdə məktəb rəhbərliyi, ibtidai sinif müəllim və şagird heyəti iştirak etdilər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra ibtidai sinif şagirdlərinin ifalarında Azərbaycan və dünya xalqlarına məxsus mahnılar və rəqslər, ədəbi-bədii kompozisiyalar nümayiş olundu.

 Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Biz də məktəb rəhbərliyi və kollektivi adından bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi