Texnologiya fənnindən praktik dərs keçirildi
Məktəbin 5c sinif şagirdləri ilə texnologiya fənnindən "Buterbrodların hazırlanma texnologiyası" mövzusunda praktik dərs nümunəsi keçirildi. Fənn müəllimi Pənahova Aybəniz şagirdləri qruplara ayıraraq dərsə başladı. Müxtəlif tərəvəzlərdən buterbrodlar hazırlayan şagirdlər qrupdaxili əməkdaşlıq nümayiş etdirdilər. İş zamanı sanitar gigiyena və təhlükəsizlik qaydalarına riayət edildi.