Sudaboğulma hallarının baş verməməsi üçün maarifləndirici tədbir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin birgə təlimatına əsasən yay fəslində sudaboğulma hallarının baş verməməsi üçün şagirdləri maarifləndirmək məqsədilə videoçarxlar nümayiş olundu. Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı İlahə Quliyeva şagirdləri bu mövzuda məlumatlandırdı və bələd olmadıqları, çimmək üçün ayrılmayan su hövzələrinə girməməli olduqlarını, ümumiyyətlə, su kənarında ehtiyatlı olmalarını tövsiyyə etdi. Şagirdlərə izah olundu ki, belə halların baş verməməsi üçün məlumatlı olmaq və cəld reaksiya vermək lazımdır.