"Şagird stress vəziyyətində necə qoruna bilər? " layihəsi
"Şagird stress vəziyyətində necə qoruna bilər? " layihəsi əsasında Biologiya müəllimi İlahə Məhərrəmovanın rəhbərliyi ilə 9A sinif şagirdləri divar qəzetləri hazırladılar və mövzuya uyğun videoçarx nümayiş etdilər. Sinfin fəal şagirdləri bildirdilər ki, stress şəxsin neqativ hadisə olacağı düşüncəsinin səbəb olduğu narahatlıq halıdır. Gündəlik həyatımızda stress yaradan bir çox situasiya ilə qarşılaşırıq. Uzunmüddətli və güclü stress beyin və digər bioloji sistemlərin strukturuna və inkişafına mənfi təsir göstərir, bununla da öyrənmə, davranış, fiziki və zehni sağlamlıqla bağlı problemlərin yaranmasına səbəb olur. Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zəhra Əkbərova şagirdlərin hazırladıqları divar qəzetlərini təqdirəlayiq hesab etdi və onlarla diskussiya apardı.