“Azərbaycanım” Beynəlxalq VII Uşaq Və Gənc Rəsm Festivalında uğurumuz

   “Azərbaycanım” Beynəlxalq VII Uşaq Və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin sərgisi keçirildi. 28 may-Azərbaycanın Respublika gününə həsr olunmuş “AZƏRBAYCANIM” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festival çərçivəsində elan olunmuş müsabiqədə məktəbimizin istedadlı şagirdləri- Ə.Nərgiz (10a), D.Səbinə (10b), A.Leyla (8ç), K. Zəhra (8ç), Ə. Zəhraxanım (8b), A.Mədinə (8c), K.Fatimə (8c), R.Gülnar (7a) mövzu üzrə təsvir etdikləri kompozisiyalara görə sertifikat ilə təltif ediliblər.

 Nəzərinizə çatdıraq ki, akvarel texnikasında mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın 8-21 yaş arası Azərbaycan gəncləri ilə yanaşı,Türkiyə,İran,Peru,Litva,Gürcüstan,Yaponiya,Vyetnam, Hindistan vətəndaşı qatılmışdır və bu sərgilərdə 800-ə yaxın əsər yaş qrupuna uyğun növbəli olaraq sərgilənmişdir.

Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi