"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində videoçarxlar

Məktəbin tədbirlər planına uyğun olaraq "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində tənəffüs zamanı şagirdlərə videoçarxlar nümayiş olundu. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Xalqımızın keçib gəldiyi tarixi yol, minilliklərlə formalaşmış bir çox ənənələrimiz bu gün də davam etdirilir.