"Çimərlik mövsümündə təhlükəsizliyə riayət olunması" barədə maarifləndirici söhbətlər

    Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı İlahə Quliyeva ibtidai siniflərdə məktəbin fəaliyyət planına uyğun olaraq "Çimərlik mövsümündə təhlükəsizliyə riayət olunması" barədə maarifləndirici söhbətlər apardı. O, şagirdləri məlumatlandıraraq çimərliyə gedərkən diqqət yetirməli bir çox amilləri sadaladı, boğulma ehtimallarını aradan qaldırmaq üçün tövsiyyələrini verdi. O qeyd etdi ki, çimərliklərdə nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək olmaz. Xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə əməl etmək mütləqdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi