5-11 ci siniflərdə dərsdinləmələr

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zəhra Əkbərova 5-11 ci siniflərdə dərs dinləmələrdə oldu. Dərsdinləmənin məqsədi tədrisin keyfiyyətinin ölçülməsi, müəllimin şagirdlərlə ünsiyyətini və tədris prosesində fəaliyyətini izləmək, qiymətləndirmək, müəllimin tədris müvəffəqiyyətini qiymətləndirməklə yanaşı bacarıqlarının inkişaf etdirilməsi, yenilik və dəyişikliklərin təbliği, peşəkar kömək etmə, çatışmazlıq və səhvlərin aşkar edilərək aradan qaldırılması və tədrisin inkişafından ibarətdir. Dərsdinləmələr dərs ilinin sonunadək davam etdiriləcək.