“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ibtidai sinif müəllimi Xırdaxanım Kazımovanın rəhbərliyi ilə 1 a sinif şagirdləri məktəbin həyətində ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə ağacəkmə aksiyası keçirdi. Şagirdlər müxtəlif növ ağac və gül kolları əkdilər. Daha sonra sinif rəhbəri ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların qorunması, bərpası və artırılmasından söhbət açaraq şagirdləri məlumatlandırdı.