Şagirdimiz "Rəqs kəsişmələri:Yallı və digər mədəniyyətlər" mövzusunda tezislə çıxış edərək I yerə layiq görüldü
Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq və Gənclərin İnkişaf Mərkəzi ilə birgə keçirdiyi "Yallı güc, harmoniya və birlik simvolu" mövzusunda Akvarium formatında ictimai dinləmə və müzakirə tədbirində məktəbimizin 8ç sinif şagirdi Atababayeva Leyla "Rəqs kəsişmələri:Yallı və digər mədəniyyətlər" mövzusunda tezislə çıxış edərək həmin nominasiya üzrə I yerə layiq görüldü. Şagirdimizi təbrik edirik, uğurları bol olsun.