"Molla Nəsrəddinin əfsanəvi müdrik dərsləri" adlı müsabiqəsinin mövzusuna əsasən divar qəzeti hazırlandı
Uşaq və gənclər arasında keçirilən "Molla Nəsrəddinin əfsanəvi müdrik dərsləri" adlı müsabiqəsinin mövzusuna əsasən 8ç sinif şagirdi Kərimova Zəhra tərəfindən divar qəzeti hazırlandı. Müsabiqənin əsas vəzifələri qeyri-maddi mədəni irsimizin hikmətli və yumorist təhlil nümunəsi olan Molla Nəsrəddin irsinin araşdırılması, güldürən və düşündürən Molla Nəsrəddin lətifələrinin dərin məntiqini uşaq və gənclər arasında təbliğ etmək , uşaq və gənclərin bədii- yumor zövqünün formalaşması və məktəblilərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir. Divar qəzeti şagirdlərin marağına səbəb olmuşdur.