Məhəmməd Füzuli aylığı" layihəsi çərçivəsində şairə həsr olunmuş film

"Məhəmməd Füzuli aylığı" layihəsi çərçivəsində məktəbin foyesində şagirdlərə orta əsr Azərbaycan şairi, mütəfəkkir, filosof, Azərbaycan Ədəbiyyat tarixində divan janrının ən məşhur siması olan Məhəmməd Füzuli haqqında film nümayiş olundu. Daha sonra şagirdlər dahi şairin yazdığı alleqorik poeması olan "Meyvələrin söhbəti"ni izlədilər. Məktəbdənkənar və sinifdənxaric
işləri üzrə təşkilatçısı İlahə Quliyeva və Azərbaycan dili və Ədəbiyyat müəllimi Natavan Əliyeva Füzulinin yaradıcılığı, həyatı, əsərləri barədə geniş məlumat verdilər.