"Qohumlararası nikahların fəsadları" mövzusunda görüş
Məktəbin psixoloqu Bayramova Tükəzban 9-cu sinif şagirdləri ilə "Qohumlararası nikahların fəsadları" mövzusunda görüş keçirdi. Görüş prosesində erkən nikah haqqında ümumi məlumat verildi. Slaydlar və videoçarx nümayiş olundu. Qohumlararası nikahın səbəblərini aydınlaşdırdılar və yarana biləcək fəsadları şərh etdilər. Genetik xəstəliklərin bəzilərinin bu səbəbdən yarandığını öyrəndilər. Şagirdlər də sonda fikirlərini bildirdilər.