STEAM dərsində “Mənim yaşıl planetim” adlı maket hazırlandı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Təbiəti qoruyanlar" layihəsinə əsasən 7ç və 7a sinif şagirdləri (müəllim Rəcəbova Könül) STEAM dərsində “Mənim yaşıl planetim” adlı maket hazırladılar. Maketdə planetimizi çirkləndirən səbəblər öz əksini tapmışdır. Bu çirklənmənin qarşısının alınması üçün bəzi üsullar göstərilmişdi. Şagirdlər layihəni hazırlayarkən araşdırma aparmış və çox böyük həvəslə bu layihəni yerinə yetirmişlər.