“BAHARIN RƏNGLƏRİ“ rəsm müsabiqəsində uğurumuz

  Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq həmçinin bədii zövqün inkişafına xidmət məqsədi ilə elan olunmuş “BAHARIN RƏNGLƏRİ“ Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirində istedadlı şagirdlərimiz - A.Mədinə (8c), D.Səbinə (10b), Ə.Nərgiz (10a), A. Aliyə (7a), R.Gülnar (7a), Ə.Zəhraxanım (8b), K.Zəhra (8ç) Bahar mövzusunda təsvir etdikləri kompozisiyalara görə sertifikat və mükafatlarla təltif edildilər. 

Qeyd edək ki, Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirində ölkəmizin müxtəlif güşələrindən 700-dən bir qədər çox 10-21 yaş arası uşaq,yeniyetmə və gənc Xətai Sənət Mərkəzinə gələrək ,burada akvarel boyaları ilə BAHAR mövzusunda rəsm əsəri ərsəyə gətirmişlər və bu əsərlər arasından ən yaxşıları burada sərgiləndi. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük verilmişdir.

Şagirdlərimizi təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi