Gənc rəssamın fərdi sərgisi təşkil edildi

  Məktəbimizin X a sinifində təhsil alan Əliyeva Nərgizin fərdi rəsm sərgisi təşkil edilib. Təsviri incəsənət müəllimi Pənahova Aybəniz qeyd edib ki, Nərgiz kiçik yaşlarından rəsmə xüsusi maraq göstərir. O, müxtəlif texnikalarda süjetli kompozisiyalar, eləcə də təsviri sənətin janrlarında əsərlər yaradır. Nərgiz dəfələrlə yerli rəsm müsabiqələrində- "Azərbaycanım", "Yurdumuza bahar gəlir", "Vətənim Azərbaycan ", "Baharın rəngləri" müsabiqələrində uğurlu iştirakına görə sertifikatlarla, Rusiyada keçirilən "Мы и коты" adlı beynəlxalq rəsm müsabiqəsində diplomla təltif edilmişdir. Eləcə də məktəbdaxili keçirilən müsabiqə və sərgilərdə fəal iştirakına görə təşəkkürnamələr almışdır.

Gənc rəssamımız gələcəkdə təsviri incəsənət müəllimi olmaq arzusundadır. Onu fərdi sərgisi münasibətilə təbrik edir, addımladığı yaradıcılıq yolunda uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi