Məktəbin Şahinlər komandası 4 cü yerə layiq görüldü

  05.04.2024-cü il tarixdə Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Sabunçu qəsəbəsində yerləşən A.Qambayzadə adına 148 nömrəli tam orta məktəbdə keçirilən gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyununda Gənclərin çağırışaqədərki hazırlıq müəllimi Qafqaz Zeynalovun rəhbərliyi ilə 108 nömrəli tam orta məktəbin "Şahinlər " komandası da iştirak etdi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınadılar. Yarışın nəticəsinə görə məktəbin "Şahinlər" komandası 4-cü yerə layiq görülmüşdür. Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

Məktəb rəhbərliyi və kollektivi adından Şahinlərimizi ürəkdən təbrik edirik!

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi